Bank Of Baku

Zakir Həsənov Misirin müdafiə naziri ilə görüşüb

Zakir Həsənov Misirin müdafiə naziri ilə görüşüb
# 05 dekabr 2023 16:09 (UTC +04:00)

"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb.

Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR