Bank Of Baku

Zakir Həsənov qazaxıstanlı həmkarı ilə görüşüb - VİDEO

Zakir Həsənov qazaxıstanlı həmkarı ilə görüşüb - VİDEO
# 18 aprel 2023 18:34 (UTC +04:00)

Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 18-də bu ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə Astana şəhərində rəsmi qarşılanma mərasimi təşkil edilib. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq general-polkovnik Z.Həsənov fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonra Qazaxıstan Resublikasının Müdafiə Nazirliyində görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sonda xatirə fotosu çəkdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR