Bank Of Baku

Zakir Həsənov və Hulusi Akar “Anadolu Qartalı 2023” təlimini izləyib

Zakir Həsənov və Hulusi Akar “Anadolu Qartalı 2023” təlimini izləyib
# 11 may 2023 14:53 (UTC +04:00)

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə “Anadolu Qartalı 2023” təlimini izləyib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Təlimlərin müşahidəçi günündə çıxış edən Akar, Hərbi Hava Qüvvələri Komandanlığının terrorla mübarizə başda olmaqla, üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirdiyini qeyd edib:

"Biz inanırıq ki, problemlərin mehriban qonşuluq münasibətləri, sülh və dialoq yolu ilə, beynəlxalq hüquq normalarına uyğun həlli mümkündür. Biz bu istiqamətdə səylər göstəririk”.

Bundan əlavə, Akar Türkiyənin Rusiya-Ukrayna müharibəsində axan qanı dayandırmaq, atəşkəs əldə etmək və sülh danışıqlarını bərpa etmək üçün işlərini davam etdirdiyini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR