2025-ci ilin qrant müsabiqələrinə layihələrin qəbuluna başlanıb

2025-ci ilin qrant müsabiqələrinə layihələrin qəbuluna başlanıb
# 25 noyabr 2024 10:43 (UTC +04:00)

Bu gündən 2025-ci ilin kiçik, orta, böyük qrant müsabiqələrinə layihələrin qəbulu başlayıb.

APA-nın xəbərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məlumatında bildirilir ki, sistemdə müvafiq şəxsi kabinet yaradan QHT-lər https://portal.ngogrant.az linkinə daxil olmaqla, layihələrini təqdim edə bilər.

Layihələrin qəbulu 25 dekabr 2024-cü ildə başa çatır.

Qeyd edək ki, yalnız sistemdə şəxsi kabinet yaratdıqdan sonra layihə təqdim etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR