Bank Of Baku

Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Tbilisidə beynəlxalq konfrans keçirilib - FOTO

Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Tbilisidə beynəlxalq konfrans keçirilib - FOTO
# 21 oktyabr 2024 18:02 (UTC +04:00)

Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Tbilisidə “Gürcüstan və Azərbaycan QHT-lərinin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” mövzusunda beynəlxalq konfrans baş tutub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Azərbaycan və Gürcüstanının vətəndaş cəmiyyəti ekspertlərinin iştirak etdiyi tədbirdə hər iki ölkədə QHT sektorunda görülən işlər, eləcə də üzləşilən çağırışlara diqqət yetirilib.

Çıxış edən Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bir sıra Qərb ölkələrinin regionda qeyri hökumət təşkilatları vasitəsilə öz nüfuzunu gücləndirməyə çalışdığını, zərərli ideologiyalar yaymağa cəhd etdiyini, region ölkələrinin milli maraqlarına zidd olan müxtəlif fəaliyyətləri maliyyələşdirməyə çalışdığını qeyd edib. O, Azərbaycan və Gürcüstan QHT-lərinin bu milli maraqların qorunması baxımından əməkdaşlığının vacibliyini vurğulayıb.

Tədbirdə, həmçinin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin qədim tarixi olduğu, QHT sektorunda əlaqələrin dərinləşdirilməsi ilə bu münasibətlərə töhfə verilməsinin önəmi qeyd olunub.

Konfransda Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılan “COP29 QHT Koalisiyası”nın fəaliyyəti, həmçinin bu koalisiyada Gürcüstan QHT-lərinin iştirakı məsələsi də müzakirə edilib. Qeyd olunub ki, sözügedən koalisiyaya artıq 72 ölkədən 350 QHT qoşulub və bu Azərbaycanın vətəndaş cəmiyyətinin böyük uğurudur.

Konfransda eyni zamanda Qərbin Gürcüstanda QHT-lərin qeyri-şəffaf maliyyəlləşdirilməsinin qarşısının alınması məqsədilə qəbul edilmiş “şəffaflıq qanunu” əleyhinə fəaliyyətləri də müzakirə edilib. Vurğulanıb ki, qanunun qəbul edilməsindən sonra təzyiqlər həm də Qərbin bu ölkəyə təsir rıçaqlarını itirmək qorxusu ilə əlaqədardır.

Gürcü ekspertlər, həmçinin bəzi donor təşkilatlarının qeyri-şəffaf maliyyələşmə ilə Gürcüstanda destruktiv fəaliyyətləri və radikal təşkilatları maliyyələşdirdiyini, bunun Gürcüstanın təhlükəsizliyinə təhdid törətdiyini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR