Təhsil naziri Qaxda vətəndaşları qəbul edib

Təhsil naziri Qaxda vətəndaşları qəbul edib
# 19 iyul 2016 09:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayon sakinlərini qəbul edib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayon sakinləri, bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması, təhsil krediti, ikinci ali təhsil və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR