Azərbaycan Avropa Birliyi Şərq Tərəfdaşlığı Nəqliyyat Panelinin iclasında iştirak edib
01 mart 2012 12:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Brüsseldə (Belçika) Avropa Birliyi (AB) Şərq Tərəfdaşlığı Nəqliyyat Panelinin ikinci iclası keçirilib.
Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda dəmir yolu ilə sərnişin və yüklərin daşınmasının asanlaşdırılması, AB-nin dəniz nəqliyyatı nəzarət sistemləri ilə əməkdaşlığı, tərəfdaş ölkələri AB ilə daha sıx birləşdirəcək infrastrukturun inkişafı sahəsində prioritetlərin müəyyən olunması və s. məsələlər müzakirə edilib.
İclasın gündəliyinə dəmir yolu ilə sərnişin və yüklərin nəqliyyatının asanlaşdırılması sahəsində, AB-nin dəniz nəqliyyatı nəzarət sistemləri ilə əməkdaşlığı, Şərq Tərəfdaşlığı regionu üçün TEN-T şəbəkəsi və tərəfdaş ölkələri bir-biri ilə birləşdirən regiona şəbəkənin müəyyən edilməsi məqsədilə şəbəkə layihəsi, TRACECA çərçivəsində əsas inkişaflar və Nəqliyyat Paneli ilə əməkdaşlıq, tərəfdaş ölkələri AB ilə və bir-biri ilə daha sıx birləşdirəcək infrastrukturun inkişafı sahəsində prioritetlərin müəyyən olunması məsələləri daxil edilib.
İclasda Azərbaycan nümayəndə heyətinin tərkibinə Nəqliyyat Nazirliyi, «Azərbaycan Dəmir Yolları» QSC və Dövlət Dəniz Administrasiyasının nümayəndələri daxil olub.
Qeyd edək ki, Nəqliyyat Paneli AB-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri ilə nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 2011-ci ilin oktyabr ayında yaradılıb.

İnfrastruktur
Əsas kapitala investisiya qoyuluşu 12%-ə yaxın artıb
12:38
15 may 2024
“Günaybank”ın əmanətçilərinə kompensasiyaların ödəniləcəyi son tarix açıqlanıb
12:11
15 may 2024
Yenidən qurulan Xankəndi-Şuşa-Laçın yolu mövcud yoldan 9.2 km qısa olacaq
10:51
15 may 2024
Bakıda müntəzəm marşrutlarla sərnişindaşıma 12%-dən çox artıb
17:37
14 may 2024