Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni «Business Lounge» zalı açılıb
17 avqust 2012 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün «Azərbaycan Hava Yolları» QSC (AZAL) Heydər Əliyev Beynəlxalq Aeroportunda növbəti «Business Lounge» zalını istifadəyə verib. Bu barədə «APA-Economics»ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
Onun sözlərinə görə, yeni «Business Lounge» zalı hava limanının Şimal terminalında açılıb: «Artıq biznes sinfinə aviabilet alan sərnişinlər həm qeydiyyatdan öncə, həm də qeydiyyatdan sonra, yəni uçuş zamanınadək sözügedən zaldan istifadə edib, vaxtlarını keçirə bilər».
«Business Lounge» zalında sərnişinlərin qayğı ilə əhatə olunduğunu qeyd edən M.Səfərli onu da bildirib ki, zaldan təkcə AZAL-ın biznes sinif sərnişinləri deyil, digər aviaşirkətlərin biznes sinif sərnişinləri də yararlana bilər: «Bütün biznes sinif sərnişinləri xüsusi avtobus vasitəsilə təyyarənin trapınadək yola salınır. Bütün sözügedən xidmətləri AZAL-ın sifarişi ilə VİP xidmətlər şirkəti həyata keçirir».
Qeyd edək ki, bu, Heydər Əliyev Beynəlxalq Aeroportunda sayca üçüncü «Business Lounge» zalıdır. Belə ki, analoji zalın biri hava limanının Cənub terminalında fəaliyyət göstərir, digərindən isə biznes sinif sərnişinləri yalnız qeydiyyatdan öncə yararlana bilər.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024