AFFA “Neftçi” və “Xəzər Lənkəran” klublarını cəzalandırıb
18 sentyabr 2012 15:50 (UTC +04:00)
Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın V turunun oyunlarında baş verən xoşagəlməz hadisələrə hüquqi qiymət verilib.
“Bakı” ilə qarşılaşmada “Turan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün əyalət təmsilçisi 1000 manat cərimə olunub. “Böyük oyun” kimi tanınan “Neftçi” – “Xəzər Lənkəran” matçı isə AFFA-nın xəzinəsinə daha çox xeyir gətirib. Lənkəran təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat ödəməli olacaq. Matçın 8-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılması isə meydan sahiblərinə 2000 manata başa gəlib.
Bundan başqa “Neftçi”nin azarkeşləri 27, “Xəzər Lənkəran” fanları 34 oturacaq sındırıb. Bu səbəbdən hər 2 klub dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında pul ödəyəcək.

Futbol
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024
Fatih Terim "Panatinaikos"dan ayrıldığını açıqlayıb
11:08
17 may 2024