Bank Of Baku

Xocavənddə açıq ərazidə yanğın başlayıb - FOTO

Xocavənddə açıq ərazidə yanğın başlayıb - FOTO
# 14 avqust 2026 15:42 (UTC +04:00)

Xocavənd rayonunun Qarakənd və Muğanlı kəndləri ərazisində yanğın başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, yanğın açıq ərazidə qeydə alınıb.

Hadisə yerinə Xocavənd və Ağdam rayonlarının yanğından mühafizə bölmələrinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda alovun əkinə yararlı sahələrə və yaşayış məhəllələrinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Yanğın baş verən ərazilərdə polis əməkdaşları da xidmətə cəlb olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR