Hərbi Hava Qüvvələrin S-300 “Favorit” zenit raket kompleksləri hərbi hissəsində təlim keçirilib

Hərbi Hava Qüvvələrin S-300 “Favorit” zenit raket kompleksləri hərbi hissəsində təlim keçirilib
# 08 may 2014 16:28 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimin əsas məqsədi şəxsi heyətin təlim üzrə olan döyüş tapşırığını düzgün yerinə yetirilməsini müəyyən etmək olub.

Təlimin ssenarisinə əsasən, hava məkanını pozan şərti düşmən hədəfləri haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb. Hədəflər haqqında məlumat divizionlara ötürülərək hədəflər izlənməyə götürülüb.

Hədəflər vaxtında aşkarlanaraq S-300 zenit raket komplekslərinin şərti atəş ilə şərti düşmən məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR