Bakının bəzi ərazilərində su təchizatı iki günlük məhdudlaşdırılır

Bakının bəzi ərazilərində su təchizatı iki günlük məhdudlaşdırılır
# 08 dekabr 2014 07:46 (UTC +04:00)

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, II Bakı su kəmərinin Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakı şəhəri Heydər Əliyev, Azadlıq, Bülbül, Ziya Bünyadov, Nobel, Babək prospektlərinin, S. Vurğun, S. Rüstəm, İ.Nəbiyev, R.Behbudov, Füzuli, Əliyar Əliyev, Kazımağa Kərimov, Aşıq Qurban küçələrinin, Yeni Günəşli, Keşlə və NZS qəsəbələrinin bəzi hissələrinə, “Azərneftyağ” neft emalı zavoduna, Ə.Bayramzadə adına 1 saylı İstilik Elektrik Mərkəzinə içməli su dekabrın 8-9-da məhdudiyyətlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR