Bank Of Baku

Mərkəzi Bank: Azərbaycanda bu il inflyasiya təkrəqəmli olacaq

Mərkəzi Bank: Azərbaycanda bu il inflyasiya təkrəqəmli olacaq
# 11 fevral 2011 14:42 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu proqnoz AMB-nin hazırladığı 2010-cu il üzrə Pul İcmalında əksini tapıb.

İcmalda qeyd olunur ki, bu proqnoz beynəlxalq təşkilatların proqnozları ilə uzlaşır. Belə ki, Beynəlxalq Valyuta Fondunun son regional hesabatına əsasən, 2011-2012-ci illərdə Azərbaycanda orta illik inflyasiyanın 5-6% təşkil edəcəyi proqnozlaşdırılır.

AMB tərəfindən aparılan Real Sektorun Monitorinqinin nəticələrinə əsasən, iqtisadiyyatda qiymət artımı gözləntilərində əhəmiyyətli artım yoxdur. Ticarət üzrə qiymət gözləntiləri indeksi hələ də mənfi zonada olmaqla azalma istiqamətindədir. Sənayedə və xidmət sektorunda bu gözləntilər aşağı sürətlə artır. Tikinti sektoru üzrə isə indeks mənfi zonadan çıxıb və neytral nöqtəyə yaxın səviyyədədir.

Xatırladaq ki, 2010-cu ildə Azərbaycanda illik inflyasiya 7,9%, orta illik inflyasiya isə 5,7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR