Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı ötən il 1,4 mlrd. dollarlıq valyuta sterilizasiya edib

Azərbaycan Mərkəzi Bankı ötən il 1,4 mlrd. dollarlıq valyuta sterilizasiya edib
# 11 fevral 2011 14:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 2010-ci ildə məzənnə siyasətini valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində həyata keçirib və əvvəlki il ərzində satış yönlü müdaxilələr həyata keçirdiyi halda, 2010-cu ildə 1 385,3 mln. ABŞ dolları həcmində valyuta sterilizasiyası həyata keçirib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu il ərzində Mərkəzi Bank tərəfindən daxili valyuta bazarında 1 260 mln. dollar həcmində valyuta müdaxiləsi həyata keçirilib.

Əvvəlki illə müqayisədə 2010-cu ildə valyuta bazarında xarici valyutaya tələbatın azalması banklar tərəfindən ölkəyə gətirilən nağd xarici valyutanın və əhaliyə satılan nağd valyutanın azaldılmasında da özünü göstərir. Belə ki, banklar tərəfindən ölkəyə gətirilən xalis nağd xarici valyutanın həcmi 2009-cu ilə nisbətən 6,1%, xalis nağd mübadilə əməliyyatlarının həcmi isə 3,2% azalıb.

Ümumilikdə, 2010-cu ildə manatın dollara qarşı məzənnəsi cəmi 0,65% möhkəmlənib. Milli valyutanın məzənnəsinin sabitliyi ölkədə inflyasiyanın, xarici borc yükünün və dollarlaşmanın artmamasına və bütövlükdə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasının dəstəklənməsi üçün əlverişli şərait yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR