Bank Of Baku

Yeni 100 dollarlıq buraxılıb

Yeni 100 dollarlıq buraxılıb
# 12 fevral 2011 09:40 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, yeni əsginaslar indiyədək dövriyyədə olanlardan həm dizaynına, həm də 3D elementlərin də daxil olduğu qabaqcıl qoruyucu funksiyalarına görə fərqlənir. Yəni belə pulları saxtalaşdırmaq çox çətin olacaq. Ümumilikdə yeni əsginas dolların məşhur olan stilini qoruyub saxlayır - Bencamin Franklinin şəkli, su işarələri, xüsusi qoruyucu xətt və rəngini dəyişən «100» yazısı. Amma yeni pullara ciddi dəyişikliklər edilib. Əvvəla, bu pulu indi yaşıl adlandırmaq mümkün deyil - o daha çox açıq-mavidir. Bundan başqa, pulun üzərində «axıcı» 3D zolaq var (Franklinin şəkli tərəfdə). Bu zolaqda zəng şəkli və maili baxanda yerini dəyişən «100» yazısı var. Zəng şəkli pulun üz tərəfində də var – ona maili baxanda mis rəngi yaşılla əvəz olunur. Eləcə də yeni pulun üzərində ABŞ-ın Müstəqillik Bəyannaməsindən sitatlar və bu sənədi imzalayanda istifadə olunmuş qələm ucunun (pero) şəkli var. Qələm ucu boyunca “ONE HUNDRED USA” yazısı var. Yeni variantda Franklinin yaxalığında “THE UNITED STATES OF AMERICA” yazısı yerləşdirilib.

Bu pulların qoruyucu elementlərinin hazırlanmasına 10 ildən artıq vaxt sərf olunduğunu deyən ABŞ Mərkəzi Bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sisteminin direktor müavini Maykl Lambert bildirib ki, yeni 100 dollarlıqlar dünyada ən yaxşı qorunan pullar olacaq: «Burda ən qabaqcıl texnologiyalar tətbiq olunub».

Təkcə onu qeyd etmək kifayətdir ki, «100» yazısı və zəng şəklinin hərəkətli görüntüsünü yaratmaq üçün pulun hazırlandığı kağıza milyonadək mikro linza yerləşdirilib. Elə buna görə, yeni pulların istehsalı əvvəlkilərdən 3 sent baha başa gələcək – bundan əvvəlki əsginasların biri 11 sentə çap olunurdu. Xatırladaq ki, amerikanların özü 100 dollarlıq az istifadə edirlər, ABŞ-da 5 və 20 dollarlıqlar daha populyardır.

Saxta 100 dollarlıqları da daha çox ABŞ-dan kənarda buraxırlar. Hazırda dünyada təqribən 1 trilyon dollar məbləğində nağd dollar var. Təqribi hesablamalara görə, dollar kütləsinin 0,01%-i və ya 10 mində bir hissəsi (100 milyon dollar) saxtadır. Bütün dollar kütləsinin yarısı ABŞ-dan kənarda işlənir. Planetin hər sakininə orta hesabla 150 dollar düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR