Bank Of Baku

Azərbaycanda banklardakı əmanətlərin 36%-i qorunmur

Azərbaycanda banklardakı əmanətlərin 36%-i qorunmur
# 12 fevral 2011 11:31 (UTC +04:00)
Fonddan «APA-Economics»ə verilən məlumata görə, ötən ilə nisbətən fonda üzv olan bankların sayı 42-dən 43-ə yüksəlib. 2010-cu ilin sonuna fondun üzvü olan banklarda fiziki şəxslərin əmanətlərinin ümumi məbləği 2 mlrd. 911,6 mln. manat təşkil edir. 2009-cu ilin sonu ilə müqayisədə əmanətlərin həcmi 34,2% artıb.

Əmanətlərin 1 050,6 mln. manat və ya 36,1%-i qorunmayan əmanətlər, 1 860,9 mln. manat və ya 63,9%-ni qorunan əmanətlər təşkil edir (bir il əvvəlki nisbət: qorunmayan əmanətlər 31,1%, qorunan əmanətlər 68,9%). Əvvəlki illə müqayisədə qorunmayan əmanətlərin həcmi 55,7%, qorunan əmanətlər isə 24,5% artıb.

Son bir ildə qorunan əmanətçilərin sayı da artıb. 2010-cu ilin nəticələrinə görə, qorunan əmanətçilər 5 milyon 424 min nəfər olub ki, bu da bir il əvvələ nisbətən 6,8% artıqdır.
Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan IV rübün təqvim haqları kimi 1 mln. 50 min manat, 1 mln. 361 min ABŞ dolları və 182 min avro toplayıb. Hazırda Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 32 mln. AZN təşkil edir ki, bu da bir il əvvələ nisbətən 76%-dən çoxdur.

Qeyd edək ki, 01 iyun 2010-cu il tarixdən etibarən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Batmış əmanətlərə görə kompensasiya məbləğinin maksimum həddi isə 30 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR