Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində BVF-nin missiyası ilə görüş keçirilib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində BVF-nin missiyası ilə görüş keçirilib
# 14 fevral 2011 07:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə Departamentinin sektor müdirinin mavini Nadim İlahinin rəhbərlik etdiyi missiyanın üzvləri ilə görüş keçirilib.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, görüş BVF-nin Azərbaycan qiymətli kağızlar bazarı ilə tanışlıq və QKDK ilə bu istiqamətdə yeni əməkdaşlıq imkanlarının müzakirə edilməsi məqsədi daşıyıb. Görüş zamanı QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti haqqında məlumat verərək, 2010-cu ildə makroiqtisadi sabitliyin qorunub saxlanıldığını bildirib
R.Aslanlı Azərbaycan qiymətli kağızlar bazarı haqqında geniş məlumat verib, ötən dövrdə bu bazarda baş verən tendensiyalar nəticəsində 2010-cu ildə səhm bazarının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37%, korporativ borc bazarı alətləri bazarının isə 2,5 dəfə artım nümayiş etdirdiyini vurğulayıb.
Öz növbəsində N.İlahi Azərbaycan dövlət qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və bunula əlaqədar investorların maraqlarına dair fikirləri ilə bölüşüb.
R.Aslanlı dövlət qiymətli kağızlar bazarının inkişafında müvafiq gəlirlik əyrisinin formalaşması və təkrar bazarda onların likvidliyinin təmin olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğura biləcək məsələlər və QKDK-nın potensialının inkişaf etdirilməsi istiqamətində gələcək dövr üçün texniki yardım imkanları müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR