Bank Of Baku

«Parabank» pulköçürmə sistemləri üzrə uduşlu kampaniyası keçirir

«Parabank» pulköçürmə sistemləri üzrə uduşlu kampaniyası keçirir
# 14 fevral 2011 07:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC təcili pulköçürmə xidmətləri üzrə kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bank təcili pulköçürmə xidmətlərindən istifadə edənlərə hədiyyələr təklif edir. Belə ki, kampaniya çərçivəsində bankın qoşulduğu «Western Union», «Contast», «Bıstraya Poçta», «Caspian Money Transfer», «Blizko» və digər təcili pulköçürmə sistemləri vasitəsilə pul göndərən və ya alan müştərilər mobil rabitə danışıq (kontur) kartları və ya «Parabank»ın plastik kartlarını əldə edəcəklər.

Aksiyanın şərtlərinə əsasən, 200-1000 manat (dollar, avro) və ya 6-30 min rubl məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə operatorunun 1 manatlıq, 1001-2000 manat (dollar, avro) və ya 30-60 min rubl transfer üçün 2 manatlıq kontur kartı, 2001-3000 manat (dollar, avro) və ya 60-90 min rubl üçün - 3 manatlıq danışıq konturu hədiyyə veriləcək.

Qeyd edək ki, 3001 manat (dollar, avro) və ya 90 min rubldan artıq məbləğdə pul göndərən və ya alan şəxslər «Visa Electron» kartı və ya «Visa Elektron» kartı istəmədiyi halda 5 manatlıq kontur hədiyyə alacaq.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 108,638 mln. manat, kredit portfeli 73,418 mln. manat, depozit portfeli 63,775 mln. manat, məcmu kapitalı 13,141 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,570 mln. manat təşkil edib. Bankın ölkə üzrə 16 filialı, 17 bankomatı və 137 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR