Bank Of Baku

Azərbaycanda Biznes İnam İndeksi yüksəlib

Azərbaycanda Biznes İnam İndeksi yüksəlib
# 14 fevral 2011 07:45 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan Real Sektorun Monitorinqi (RSM) iqtisadi ölkədə aktivlik üzrə gözləntilərin optimist olduğunu göstərir. «APA-Economics»in məlumatına görə, bu barədə Mərkəzi Bankın 2010-cu il üzrə açıqladığı Pul Siyasəti İcmalında bildirilir. Qeyd edək ki, RSM müxtəlif sahələrdə fəaliyyət göstərən 300-ə qədər müəssisə üzrə keçirilən sorğunun nəticələrini əks etdirir.

AMB-dən bildirilib ki, pozitiv gözləntilər xüsusilə sənayenin kimya, tikinti materiallarının istehsalı və toxuculuq sahələrində, ticarətin isə mebel və elektrik məişət avadanlıqlarının satışı seqmentlərində müşahidə edilib. Paralel tendensiyalar xidmət sektorunda da nəzərə çarpır. Xidmət sektorunda ən yüksək pozitiv gözləntilər rabitə və hotel xidmətləri sektorlarına aiddir. Gözləntilərin belə pozitiv olması sənayedə və ticarətdə mal ehtiyatının azalmasında da özünü biruzə verib.

Ümumilikdə, RSM-in nəticələri son aylar istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayının yüksəldiyini göstərir. Sorğunun nəticələrinə görə, «iqtisadi aktivlik necə dəyişib?» sualına cavab verən respondentlər arasında «azalıb» söyləyənlərin xüsusi çəkisi 2 dəfə azalıb, «artıb» söyləyənlərin xüsusi çəkisi isə artıb.

Aylıq qaydada keçirilən bu monitorinqin nəticələri əvvəlki illə müqayisədə iqtisadiyyatda nəzərəçarpacaq yaxşılaşmanın olduğunu göstərir. Bütövlükdə, 2009-cu ilə nəzərən iqtisadiyatda Biznes İnam İndeksi yüksəlib, sənayedə faktiki istehsal, uzunmüddətli istifadə malları üzrə faktiki satış, xidmətə tələb artıb, yeni sifarişlərin artması hesabına mal ehtiyatı azalıb, istehsal və məşğulluq gözləntiləri yüksəlib, bəzi indekslər isə neqativ zonadan pozitiv zonaya keçib. İndeksin pozitiv zonada olması konkret biznes tendensiyasının artım yönümlü, neqativ zonada olması isə azalmağa meyilli olduğunu göstərir. Ümumilikdə, monitorinqin nəticələrinə görə, Biznes İnam İndeksinin ən yüksək göstəricisi (+26) xidmət sahəsində qeydə alınıb. Sənaye üzrə bu göstəricici +9 olub, ticarət üzrə indeks mənfi zonada qalsa da (-13), ötən ilki göstəriciyə (-27) nisbətən xeyli yaxşılaşıb.


Biznes İnam İndeksi

Sahələr

2009-cu il

2010-cu il

Sənaye

+1

+ 9

Ticarət üzrə

-27

-13

Xidmət üzrə

+17

+26



Faktiki istehsal, satış, xidmətə tələb

Sahələr

2009-cu il

2010-cu il

Sənaye üzrə

-14

+ 2

Ticarət üzrə

-50

- 21

Xidmət üzrə

+11

+ 21



İstehsal, satış gözləntiləri

Sahələr

2009-cu il

2010-cu il

Sənaye üzrə

+19

+ 19

Ticarət üzrə

-6

+20

Xidmət üzrə

+44

+44



Məşğulluq gözləntiləri

Sahələr

2009-cu il

2010-cu il

Sənaye üzrə

-16

- 5

Ticarət üzrə

-13

+13

Xidmət üzrə

+34

+38



İcmalda bildirilir ki, hökumətin, Mərkəzi Bankın, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə Azərbaycanda iqtisadi artımın davam edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Ffondunun açıqladığı son regional iqtisadi xülasəsində Azərbaycan üzrə iqtisadi artımın növbəti ildə də davam edəcəyi qeyd olunub. Fond ölkə üzrə qeyri-neft sektorunun artımını 2011-ci və 2012-ci illər üçün 5% ətrafında proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR