Bank Of Baku

«Azal Sığorta» şirkəti ISO sertifikatı alıb

«Azal Sığorta» şirkəti ISO sertifikatı alıb
# 14 fevral 2011 07:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azal Sığorta» ASC ISO beynəlxalq keyfiyyət standartları üzrə sertifikat alıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sertifikat «Bureau Veritas» şirkəti tərəfindən (AZ0526 saylı ISO 9001:2008) təqdim olunub.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Hava Yolları» (AZAL) QSC olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 12,113 mln. manat, sığorta ödənişləri 4,077 mln. manat təşkil edib. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 8,138 mln. manat təşkil edib. Şirkət 16 könüllü və 2 icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR