Bank Of Baku

Yaponiya dünyanın ikinci iqtisadiyyatı statusunu itirib

Yaponiya dünyanın ikinci iqtisadiyyatı statusunu itirib
# 14 fevral 2011 08:08 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiya 1968-ci ildən bəri ilk dəfə olaraq ABŞ-dan sonra dünyanın ikinci iqtisadiyyatı statusunu itirib.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bunu ölkənin ÜDM-i barədə hökumətin açıqladığı məlumatlar göstərir.

Ötən ilin yekunlarına görə, Yaponiyanın ÜDM-i 5,474 trln. dollar, Çinin ÜDM-i 5,879 trln. dollar təşkil edib. Yaponiya iqtisadiyyatı son üç ildə ilk dəfə artım nümayiş etdirib - illik 3,9%. 2007-ci ildə dünya üçüncülüyünü Almaniyanın əlindən alan Çin iqtisadiyyatı isə hesabat dövründə 10,3% artıb.

Bununla belə, adambaşına düşən ÜDM-in həcminə görə Çin Yaponiyadan dəfələrlə geri qalır - 4,5 min dollara qarşı 40 min dollar.

Qeyd edək ki, Yaponiya qlobal iqtisadi böhrandan ən çox zərər görən inkişaf etmiş ölkədir. Böhran nəticəsində ÜDM-də əhəmiyyətli paya malik olan ixracat azalıb, büdcə kəsiri rekord həddə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR