Bank Of Baku

Xaricdən Azərbaycana göndərilən pul baratlarının həcmi son bir ildə 21% artıb

Xaricdən Azərbaycana göndərilən pul baratlarının həcmi son bir ildə 21% artıb
# 14 fevral 2011 08:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında xarici ölkələrdən Azərbaycana 1,202 mlrd. ABŞ dolları həcmində pul baratları göndərilib. Bu isə əvvəlki ilin eyni dövrünün analoji göstəricisinə nisbətən 21% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə məlumata görə, 11 aylıq göstərici 2009-cu ilin ümumi göstəricisini 1,7% üstələyir. Müqayisə üçün bildirək ki, 2008-ci ildə xaricdən Azərbaycana 1,416 mlrd. dollar, 2007-ci ildə isə 1,192 mlrd. dollarlıq pul baratları göndərilib.

Bununla yanaşı, xaricdən göndərilən pul baratlarının əhalinin ümumi gəlirlərində payı və ölkə iqtisadiyyatında rolu azalmaqdadır. Mərkəzi Bankın məlumatına görə, əgər xaricdən göndərilən pullar 2007-ci ildə əhalinin gəlirlərinin 7%-ni təşkil edirdisə, 2008-ci ildə bu göstərici 6%-ə, 2009-cu və 2010-cu illərdə isə 4%-ə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR