Bank Of Baku

Azərbaycan İpoteka Fondunun müvəkkil kredit təşkilatlarının sayı artıb

Azərbaycan İpoteka Fondunun müvəkkil kredit təşkilatlarının sayı artıb
# 14 fevral 2011 08:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil kredit təşkilatları sırasına daha bir bank təşkilatı – «Bank SilkWay» ASC üzv olub.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, bununla da fonda üzv olan kredit təşkilatlarının sayı 22-yə çatıb.

Qeyd edək ki, hazırda fonda 22 kredit təşkilatı, 16 sığorta şirkəti və 11 qiymətləndirici şirkət Fondun müvəkkil təşkilatları sarısandadır.

Xatırladaq ki, Azərbaycan dövlət vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsinə 2006-cı ildən başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR