Bank Of Baku

Ötən il Azərbaycanda inflyasiyanın 53%-i qeyri-monetar amillərlə bağlı olub

Ötən il Azərbaycanda inflyasiyanın 53%-i qeyri-monetar amillərlə bağlı olub
# 14 fevral 2011 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılmış ekonometrik hesablamalar əsasında müəyyən edilib ki, 2010-cu ildə illik inflyasiyanın 47%-i monetar, 53%-i isə qeyri-monetar amillərin təsiri altında formalaşıb. «APA-Economics» xəbər verdiyi kimi, bu barədə Mərkəzi Bankın 2010-cu il üzrə hazırladığı Pul Siyasəti İcmalında deyilir.

AMB-nin hesablamalarına görə, inflyasiyanın dekompozisiyası üzrə təhlili onu göstərir ki, 2010-cu ildə qiymətlər əsasən ərzaq mallarının qiymət dinamikası hesabına yüksəlib. Ərzaq qiymətlərinin artımında mövsümi amillər və dənli bitkilərin dünya bazarında qiymətlərinin yüksəlməsi əsas amil olub.

Xatırladaq ki, Azərbaycanda 2010-cu ildə orta illik inflyasiya 5,7% təşkil edib. Orta illik inflyasiyanın 3,9 faiz bəndi ərzaq məhsulları, 0,6 faiz bəndi qeyri-ərzaq malları, 1,2 faiz bəndi isə xidmətlərin bahalaşması ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR