Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» plastik kartlarla bağlı növbəti maarifləndirmə tədbiri keçirib

«Azərbaycan Sənaye Bankı» plastik kartlarla bağlı növbəti maarifləndirmə tədbiri keçirib
# 23 may 2011 14:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» (ASB) ASC «Plastik kart istifadəçiləri üçün maarifləndirmə» layihəsi çərçivəsində növbəti görüşünü İmişli raynunda keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə 600-ə yaxın yerli sakin iştirak edib. Tədbirdə çıxış edən İmişli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev və ASB-nin İdarə Heyətinin sədr müavini Cenk Bartın ölkə rəhbərliyinin plastik kartlar və nağdsız əməliyyatların inkişafına ayırdığı diqqətdən, bu sahəyə olan dövlət qayğısından söz açıblar.

Daha sonra iştirakçılara ölkədə və dünyada tətbiq edilən plastik kart növləri, debit və kredit kartlarının xüsusiyyətləri, plastik kart təhlükəsizliyi, bankomatların işləmə mexanizmi ilə bağlı geniş seminar keçirilib. Tədbirin sonunda ən aktiv iştirakçılara «Fujitsu» şirkəti tərəfindən foto-kameralar və notbuk hədiyyə edilib.

Qeyd edək ki, ASB bundan sonrakı dövrdə də Azərbaycanda müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi və inkişafı üzrə dövlət proqramına əsasən maarifləndirmə tədbirlərini davam etdirəcək.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR