Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı yerləşdiriləcək

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı yerləşdiriləcək
# 24 may 2011 13:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi 2011-ci ilin mayın 26-da Bakı Fond Birjasında keçiriləcək. Fonddan «APA-Economics»ə verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq.

İstiqrazlar 101,0750% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların ödənilmə tarixi 2017-ci ilin dekabrın 11-dir. Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2010-cu ilin noyabrın 19-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik illik 3% təşkil edir.

İstiqrazların yerləşdirilməsinə 2011-ci yanvarın 17-də başlanılıb və bu günədək 28 mln. manat həcmində istiqraz yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR