Bank Of Baku

«Bank Nikoil»un depozit portfeli ilin əvvəlindən 15% artıb

«Bank Nikoil»un depozit portfeli ilin əvvəlindən 15% artıb
# 25 may 2011 08:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Bank Nikoil» ASC-nin depozit portfeli 2011-ci ilin əvvəlindən 14,7% artaraq mayın 1-nə 64,648 mln. manata çatıb. Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əhalinin əmanətlərinin həcmi 60,335 mln. manata bərabər olub ki, bu da ilin əvvəlinə nisbətən 14,8% çoxdur.

Bankda yerləşdirilən tələb olunanadək depozitlərin həcmi 4,312 mln. manat təşkil edib ki, bu da yanvarın 1-nə nisbətən 13,7% çoxdur.

Bankdan bildirilib ki, son bir neçə ay ərzində Bank tərəfindən bir sıra yeni xidmət və məhsullar tətbiq olunub. Yaxın zamanlarda Bank «Xeyriyyə» adlı müddətli əmanət növünü təqdim etməyi planlaşdırır ki, həmin əmanət üzrə hesablanan vəsaitlərin 0,1%-i müştərinin adından «Oriqami» Uşaq Reabilitasiya Mərkəzinin hesabına köçürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR