Paşha Bank
Bank Of Baku

Peskov: Kreml Aİ-nin Ukrayna ilə bağlı danışıqlardakı mövqeyini aydınlaşdırmaq istəyir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

© APA | Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

# 16 noyabr 2026 14:15 (UTC +04:00)

Rusiya Ukraynaya yaralarını sağaltmaq üçün fasilə verməyəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya müvəqqəti atəşkəs yox, sülh istəyir, elə buna görə də “xüsusi hərbi əməliyyat” davam edir və danışıqlar sülhə gətirib çıxarmalıdır.

Kremlin rəsmi nümayəndəsi Avropanın danışıqlarda iştirak etmək niyyəti ilə bağlı xəbərlərə də münasibət bildirib. O qeyd edib ki, Ukrayna ilə bağlı danışıqların yeni raundu üçtərəfli formatda - Moskva, Vaşinqton və Kiyevin iştirakı ilə razılaşdırılıb: “Avropalıların mümkün iştirakı ilə bağlı müzakirələr aparılıb, lakin Rusiya avropalıların danışıqlar prosesinə necə kömək edə biləcəyini anlamaq istəyir. İndiyə qədər Avropanın açıqlamaları onun nizamlanmaya töhfə vermək istəmədiyini nümayiş etdirir”.

Peskov Moskvanın “sülh prosesinin maraqları naminə” Vaşinqtonla Ukrayna üzrə müzakirələrin təfərrüatlarını açıqlamağı isə yersiz hesab edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR