Bank Of Baku

Ermənistan müxalifəti parlamentin sessiyasını boykot edib

Ermənistan müxalifəti parlamentin sessiyasını boykot edib
# 07 dekabr 2015 14:21 (UTC +04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyan parlamentin bu gün keçirilən iclasında deyib.

 

“Yaranmış vəziyyətdə sizinlə bir masa arxasında əyləşib, həmişəki kimi işləyə bilməyəcəyimiz üçün boykot elan edirik. Boykotun səbəbi referendumun nəticələrini saxtalaşdırmaqla xalqın iradəsini utanmazcasına zorlamaqdır. Seçkilərdə bülletenlərin topa şəklində atılması, zorakılıq, təzyiq, rüşvət verilməsi kimi hallar müşahidə olunub”, - deyə o vurğulayıb.

 

Ermənistan parlamentinin sədri Qalust Saakyan L. Zurabyanın çıxışına müdaxilə edərək “fərqli nöqteyi-nəzərlərimiz var” deyib və mikrofonu söndürüb. Buna cavab olaraq müxalifətçi deputatlar Levon Zurabyan, Aram Manukyan və Qaqik Canqiryan iclas zalını tərk ediblər.

 

Qeyd edək ki, dünən Ermənistanda konstitusiya islahatları ilə bağlı referendum keçirilib. Aşağı seçici fəallığı ilə keçən referendumda konstitusiya islahatlarının lehinə vətəndaşların 63,35 faizi səs verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR