Bank Of Baku

Sergey Lavrov: "Ankara Vyana danışıqlarına mane ola bilməyəcək"

Sergey Lavrov: "Ankara Vyana danışıqlarına mane ola bilməyəcək"
# 02 dekabr 2015 21:36 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Əgər Türkiyə Rusiyanın Su- 24 təyyarəsini vuraraq Suriya böhranı ilə bağlı Vyana danışıqlarına və Rusiya Hava Qüvvələrinin əməliyyatlarına mane olmaq istəyirdisə, o, buna nail ola bilməyəcək.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Belqradda serbiyalı həmkarı İvitisa Daçiçlə birgə keçirdiyi mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov bildirib.

 

"Əgər Türkiyə Suriyanın Su- 24 təyyarəsini vuraraq Suriya böhranı ilə bağlı Vyana danışıqlarına, vahid antiterror cəbhəsinin yaranması perspektivlərinə  və Rusiya Hava Qüvvələrinin əməliyyatlarına maneə olmaq istəyirdisə, Ankara buna nail olmayacaq. Mən bunu sizə əminliklə deyə bilərəm. Suriya münaqişəsinin nizamlanması ilə bağlı Vyana danışıqları baş tutacaq", - deyə Sergey Lavrov qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR