Bank Of Baku

“Arşın mal alan” özbək dilində hazırlanıb

“Arşın mal alan” özbək dilində hazırlanıb
# 08 iyul 2013 13:22 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Özbəkistan Dövlət Musiqili Dram Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin tamaşası özbək dilində təqdim edilib. APA-nın məlumatına görə, tamaşanın rejissoru Əhəd Fərmanovdur. Rejissor tamaşada bir sıra yeniliklər edərək, bəzi səhnələri müasirləşdirib. Tamaşanın nümayişi bu ilin sentyabrında olacaq. 

 

Səhnə əsəri Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin 100 illiyinə həsr olunub. Tamaşanın təşkilatı dəstəyi  Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə məxsusdur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR