Bakı. Anaxanım Hidayətova – APA. İyunun 28-də Tiflisdə “Şərq Tərəfdaşlığı” ölkələri mədəniyyət nazirlərinin ilk konfransı keçiriləcək. APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, konfransda üzv ölkələr üçün nəzərdə tutulan mədəni proqramın ortamüddətli perspektivləri qiymətləndiriləcək və bundan sonrakı istiqamətlər müəyyənləşdiriləcək.
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı”nın mədəniyyət proqramının büdcəsi 12 milyon avro təşkil edir. Proqram regional mədəni əlaqələr və dialoqun möhkəmləndirilməsinə, eləcə də Avropa Birliyi və tərəfdaş ölkələrin mədəniyyət xadimləri arasında əlaqələrin inkişafına yönəlib.