Bank Of Baku

“Şorgöz deputat” tamaşasının premyerası keçirilib

“Şorgöz deputat” tamaşasının premyerası keçirilib
# 10 iyun 2013 17:03 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Akademik Milli Dram Teatrında Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanmış “Şorgöz deputat” tamaşasının premyerası keçirilib. APA-nın məlumatına görə, quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı  Həmid Kazımzadə olan tamaşada rolları əməkdar artistlər Mehriban Xanlarova, Kazım Abdullayev, Şəlalə Şahvələdqızı, aktyorlar Nicat Kazımov, Aslan Şirinov, Rəşad Bəxtiyarov, Dilarə Nəzərova, Mətləb Abdullayev, Şəhla Əliqızı, Vüsal Mustafayev ifa edib.

 

Pyesi Azərbaycan dilinə aktyor və rejissor Nicat Kazımov tərcümə edib. O, APA-ya açıqlamasında tamaşanın hazırlanmasındakı çətinliklərdən danışıb: “Tamaşanı hazırlamaq mənim üçün çox çətin və məsuliyyətli idi. Çünki əsəri doğma dilimizə də mən tərcümə etmişəm. Bundan başqa, eyni tamaşada həm aktyor, həm də rejissor kimi iştirak etmək çətin və məsuliyyətli işdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR