Bank Of Baku

Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının ikinci toplantısı keçiriləcək

 Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının ikinci toplantısı keçiriləcək
# 21 iyun 2013 13:10 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. İyunun 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının ikinci toplantısı keçiriləcək. Teatrdan APA-ya verilən məlumata görə, toplantıda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Saxa Yakutiya, Tatarıstan, Tıva teatrlarının direktorları, bədii rəhbərləri və baş rejissorları iştirak edəcək.

 

Qeyd edək ki, Türkdilli Dövlətlərin Teatr Rəhbərlərinin Şurası 2011-ci ilin may ayında yaradılıb. Şuranın Sədri Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov seçilib.
Qurumun budəfəki toplantısında qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunacaq. Toplantıdan sonra media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR