Bank Of Baku

Akademik Milli Dram Teatrı uşaqlara tamaşa göstərəcək

Akademik Milli Dram Teatrı uşaqlara tamaşa göstərəcək
# 01 iyun 2013 09:27 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Akademik Milli Dram Teatrı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1-2 iyun tarixlərində uşaq tamaşaları nümayiş etdirəcək. Teatrdan APA-ya verilən məlumata görə, Abdulla Şaiqin əsəri əsasında hazırlanmış “Danışan gəlinciyin Tıq-tıq xanım nağılı” və S.S.Axundovun “Qaraca qız” tamaşası nümayiş olunacaq. Hər iki tamaşanın quruluşçu rejissoru Loğman Kərimovdur.

 

Teatr koloritli kostyumlar, maraqlı aktyor ifası ilə zəngin nağıl-tamaşalarla uşaqların bayramını daha da maraqlı etməyə, yeni uşaq tamaşaları ilə balaca tamaşaçılarını sevindirməyə çalışacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR