Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri Almaniyada keçiriləcək festivalda iştirak edəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri Almaniyada keçiriləcək festivalda iştirak edəcək
# 02 iyul 2013 10:44 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Avropa miqyaslı tədbirlərdən biri olan Qut-İmmlinq Opera Sənəti Festivalının baş direktoru Lüdviq Baumandan dəvət alıb. Teatrdan APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə teatrın simfonik orkestri bu festivalda altıncı dəfə iştirak edəcək. Avqustun 7-dən 12-nə kimi davam edəcək festivalda Azərbaycandan gedəcək 60 nəfərlik heyət avqustun 11-də festivalın “Grand final” adlanan qala-konsertinə qatılacaq. Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycanın görkəmli bəstəkarları  Ü. Hacıbəyli, Q. Qarayev və F. Əmirovun əsərləri səslənəcək.

 

Ənənəvi olaraq hər il yay aylarında keçirilən Qut-İmmlinq opera festivalında bu il ümumilikdə 36 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, dirijor və rejissorlar iştirak edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR