Bank Of Baku

Azərbaycan teatrı ilə bağlı hazırlanmış portalın təqdimatı olub

Azərbaycan teatrı ilə bağlı hazırlanmış portalın təqdimatı olub
# 20 iyun 2013 14:46 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bu gün Muzey Mərkəzində "Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda" adlı layihə əsasında hazırlanmış portalın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev portalın Azərbaycan teatrının 140 illiyi münasibəti ilə hazırlandığını deyib: “Azərbaycan teatr sənətinin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında materialların hazırlanması, arxiv sənədlərinin toplanılması və bu portalda cəmlənməsinin özü də teatr sahəsinə göstərilən qayğının nəticəsidir. Əminəm ki, internet şəbəkəsi vasitəsilə teatr sahəsində olan yeniliklər ətraflı şəkildə dünyaya çatdırılacaq”.

 

Portalın təsisçisi əməkdar incəsənət xadimi Tariyel Məmmədov layihə haqqında ətraflı məlumat verib: “İlk dəfə Azərbaycanda belə bir elektron baza yaradılıb. Məlumatlar proqram şəkilində hazırlanıb”.

T. Məmmədov gələcəkdə də belə layihələrin planlaşdırıldığını qeyd edib: “Əminəm ki, təkcə teatr sahəsində deyil başqa mədəni sahələrdə də belə layihələr reallaşdırılacaq. Bu ilin sentyabr ayında isə Azərbaycan Bəstəkarlar İttifaqının yeni saytını təqdim edəcəyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR