Bank Of Baku

Azərbaycanda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək

Azərbaycanda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək
# 04 iyul 2018 10:07 (UTC +04:00)

2019-cu ildə Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək.

 

APA-nın xəbərinə görə, Mədəniyyət və Xarici İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, 24 iyun- 4 iyul tarixlərində Bəhreyn Krallığının Manama şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası keçirilir. İclasda Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi altında Xarici İşlər və Mədəniyyət nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.

 

İclas çərçivəsində YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyasına aid məsələlər müzakirə edilib, eyni zamanda müxtəlif ölkələrin maddi irs nümunələri Ümumdünya İrs Siyahısına daxil edilib.

 

Komitə iclasının sonunda növbəti il üçün Komitənin sədri və 43-cü sessiyaya ev sahibliyi edəcək ölkə ilə bağlı müzakirələr aparılıb.

 

Yekun qərara əsasən mədəniyyət naziri Əbülfəs Qarayev Komitəyə sədr seçilib. Beləliklə, 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Tədbirdə dünyanın 180-dan artıq ölkəsindən 2000-dən nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.

 

Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərindən biri hesab olunur. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda Komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR