Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun direktorunu qəbul edib

Azərbaycanın mədəniyyət və turizm naziri UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun direktorunu qəbul edib
# 14 iyun 2013 12:12 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru, Beynəlxalq "Avropa-Asiya" Humanitar Akademiyasının prezidenti Enqel Taqirovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə UNESCO-nun yaxından iştirak etdiyini deyən nazir Ə.Qarayev UNESCO-da Azərbaycana böyük maraq olduğunu vurğulayıb: “Bu, mədəniyyət, təhsil, turizm və digər sahələrdə hiss olunur. Biz də bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıyıq. Beynəlxalq tədbirlərin təşkilində artıq uğurlu nümunələr ortaya qoya bilmişik”.

 

UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru Enqel Taqirov Azərbaycanla həm UNESCO-nun, həm də institutun xətti ilə qurulan münasibətlər çox məhsuldar və əhəmiyyətli olduğunu deyib. Ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyini bildirən qonaq peşəkar təşkilatçılığa görə Azərbaycan tərəfinə, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü çatdırıb: “Biz Azərbaycanda gedən inkişafa həm qibtə edir, həm də sevinirik”.

 

Görüşdə Enqel Taqirov Əbülfəs Qarayevə mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə "Avropa-Asiya" Beynəlxalq Humanitar Akademiyasının xüsusi diplomunu və Fəxri akademik lenti təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR