Bakı. Turan Şakir – APA. Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Beynəlxalq Asiya Səs Müsabiqəsində Azərbaycandan da gənc musiqiçilər qatılıb. APA-nın məlumatına görə, iyulun 18-də başlayan və Qırğızıstanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, Tacikistan, Tatarıstan, İndoneziya, Cənubi Çin, Ukrayna, Ermənistan, Özbəkistan və başqa ölkələrdən gəlmiş gənc musiqiçilər iştirak edir.