Bakı. Anaxanım Hidayətova - APA. Mayın 17-18-də Bakıda Beynəlxalq Canlı Tarix Festivalı keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin saytında məlumat yayılıb.
Festival çərçivəsində dünyanın qədim şəhərlərinin tarixi, mədəniyyəti və ənənələri təqdim olunacaq. Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri qatılacaq.