Bank Of Baku

Bakıda Endi Uorholun sərgisinin bannerləri quraşdırılıb - FOTO

Bakıda Endi Uorholun sərgisinin bannerləri quraşdırılıb - <span style="color: red;">FOTO
# 03 iyun 2013 10:08 (UTC +04:00)

Dünyada böyük maraqla qarşılanan rəssamın Bakıda təşkil olunacaq “Həyat, ölüm və gözəllik” sərgisində 100-dək əsər nümayiş etdiriləcək.

 

Bu sərgi Heydər Əliyev Mərkəzinin dünya mədəniyyətinin Azərbaycanda tanıdılması, müxtəlif ölkələrin mədəniyyətləri arasında körpü yaratmaq fəaliyyəti çərçivəsində təşkil olunur.

 

Üç ayadək davam edəcək sərgidə yerli və beynəlxalq ictimaiyyətin, Endi Uorhol sənətinin pərəstişkarlarının rəssamın əsərləri ilə yaxından tanışlıq imkanı olacaq.

 

Endi Uorhol (1928-1987) rəssamlıqla yanaşı, prodüser, yazıçı, kinorejissor kimi də fəaliyyət göstərib. O, müasir incəsənətdə pop-art hərəkatının parlaq nümayəndələrindəndir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR