Bakı. Xanım Nağıyeva-APA. Mayın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kıdırbeklə görüş keçirilib. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Bəstəkarlar İttifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə hər iki xalq arasında mövcud olan mədəni əlaqələrdən söz açıb, bu istiqamətdə birgə layihələrin perspektivi haqqında danışıb.
Görüşdə yaxın vaxtlarda türk bəstəkarlarının əsərlərindən ibarət konsertlərin təşkil edilməsi ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, qonaqlar TÜRKSOY layihəsi çərçivəsində Yerkeqali Raxmadievin "Alpamıs" operasının premyerasında iştirak üçün Bakıya gəliblər.