Bakı. Xanım Nağıyeva - APA. II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanov Bakıya səfər edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sabiq prezident "Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək" sessiyasına sədrlik edəcək.
Qeyd edək ki, prezident İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 29 may-1 iyun tarixlərində keçiriləcək. Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.