Bank Of Baku

Braziliyada "Karvansaray" musiqi qrupunun konserti keçirilib

Braziliyada "Karvansaray" musiqi qrupunun konserti keçirilib
# 16 iyul 2013 14:47 (UTC +04:00)

Bakı – APA. İyulun 13-də Braziliyanın eyni adlı paytaxt şəhərində bu ölkənin "Karvansaray" musiqi qrupunun konserti keçirilib. APA-nın xəbərinə görə, konsertdə Cənubi Avropa, Şimali Afrika və Yaxın Şərq regionunun bir sıra ölkələrinin musiqilərini tamaşaçılara təqdim edilib.

 

"Karvansaray" musiqi qrupunun rəhbəri Bernardo Bittenkur Azərbaycanın zəngin musiqi ənənələri barədə söz açaraq ölkədə etnojazzın inkişaf etdiyini söyləyib və rəhbərlik etdiyi qrupun Braziliya və Azərbaycan musiqilərinin sintez edilməsi üzərində iş apardığı barədə məlumat verib.

 

Qrup konsertdə “Bayatı-Şiraz” muğamı, həmçinin “Sən gəlməz oldun” mahnısının Braziliya musiqisi ilə sintez edilmiş variantını ifa edib və bu, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 

 

"Karvansaray" musiqi qrupunun rəhbəri Bernardo Bittenkur Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkənin Braziliyadakı səfirliyi tərəfindən keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm” inşa musiqisinin qalibi olub və Azərbaycana səfər etmək imkanı qazanıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR