Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev muzey işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, Azərbaycan Respublikasında mədəni irsin qorunmasında səmərəli fəaliyyətləri ilə əlaqədar aşağıdakı şəxslərə fəxri adlar verilib:
“Əməkdar Rəssam”
Səfərov Natiq Şafiq oğlu
“Əməkdar Mədəniyyət İşçisi”
Mahmudova Pərixanım Mahmud qızı
Orucova Elza Qədir qızı
Rəhimova Nailə Allahverdi qızı
Talıbzadə Ülkər Kamal qızı.