Bank Of Baku

Əbülfəs Qarayev Qobustanda vətəndaşları qəbul edib - FOTO

Əbülfəs Qarayev Qobustanda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 30 avqust 2013 11:17 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 30-da Qobustan şəhərində Qobustan, İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Oğuz, Qəbələ, Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib.

 

APA-nın məlumatına görə, görüşdə vətəndaşların fikir və təklifləri dinlənilib.

 

Müraciətlər əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə tarix-mədəniyyət abidələrinin bərpa və təmirinə, mədəniyyət evlərinin tikintisinə köməklik göstərilməsi, uşaq musiqi və incəsənət məktəbləri üçün yeni filialların açılması, folklor kollektivlərinin fəaliyyətinin genişləndirilməsi, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, işlə təmin olunma, sosial problemlərin həlli, kitabxanalara ixtisaslı kadrların cəlb olunması və digər məsələlərlə bağlı olub.

 

Bəzi müraciətlərdə konkret təklif və təşəbbüslər irəli sürülüb, o cümlədən Basqal və Lahıc tarix mədəniyyət qoruqlarının fəaliyyətinin genişləndirilməsinə köməklik edilməsi, mədəniyyət kollektivlərinə lazımi texniki avadanlıqların verilməsi xahiş olunub.

 

Vətəndaşlarla görüşdə Əbülfəs Qarayev bildirib ki, səslənən xahiş və təkliflər nəzərdən keçiriləcək, onların həlli yönündə zəruri addımların atılacaq.

 

Nazir bəzi vətəndaşların sosial və digər şəxsi məsələlərlə bağlı xahişlərinin olduğunu deyərək, bu müraciətlərin də diqqətdə saxlanılacağını bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR