Bank Of Baku

Əbülfəs Qarayev serbiyalı kinematoqrafları qəbul edib

Əbülfəs Qarayev serbiyalı kinematoqrafları qəbul edib
# 13 may 2013 14:18 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Mayın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev serbiyalı tanınmış kino xadimləri kinoaktyor Lazar Ristovski və rejissor Yovan Markoviçi qəbul edib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə xalq artisti, kinorejissor Vaqif Mustafayev və Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç də iştirak edib.

 

Görüşdə ilkin olaraq qarşılıqlı film həftələri təşkil etmək haqqında irəli sürülən ideya bəyənilib və müvafiq qurumlara bu tədbirlərin keçirilməsi ilə bağlı təklif hazırlanması tapşırılıb. Ötən ilin oktyabr ayında Bakıda keçirilən Beynəlxalq İdman Filmləri Festivalının münsiflər heyətinə başçılıq edən rejissor Yovan Markoviç paytaxtımızın ötən müddətdə daha da gözəlləşdiyini söyləyərək, azərbaycanlı həmkarları ilə birgə kino layihələrində məmnunluqla iştirak etmək arzusunu bildirib.

 

Azərbaycanda kino sənətinin hazırkı vəziyyəti ilə bağlı qonaqlara məlumat verən Ə.Qarayev ölkələrimiz arasında kino əlaqələrinin inkişaf etdirilməsi, “SPACE” televiziya şirkəti ilə Serbiya kino qurumlarının nəzərdə tutduqları birgə layihələrdə nazirliyin iştirakı ilə bağlı fikirlərini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR