Bank Of Baku

Elçin Əfəndiyevin 70 illik yubileyi keçirilib - FOTOSESSİYA

Elçin Əfəndiyevin 70 illik yubileyi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 13 may 2013 17:48 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva –APA. Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında  xalq yazıçısı Elçinin 70 illik yubileyi qeyd olunub. APA-nın verdiyi məlumata görə,  yubiley mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, xalq yazıçısı Anar və bir çox mədəniyyət xadimləri iştirak edib.

 

Çıxış edən Ə.Qarayev yazıçının yaradıcılığı haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Elçin Əfəndiyev  müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, həm də görkəmli ictimai və dövlət xadimidir.

Nazir qeyd edib ki, uşaqlıq çağlarından ədəbi mühitin içində, kitabların əhatəsində böyüyən Elçinin ilk hekayəsi 16 yaşı olarkən, “Azərbaycan gəncləri” qəzetində dərc olunub. “Min gecədən biri” adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxan görkəmli yazıçımızın əsərləri dünyanın müxtəlif dillərində işıq üzü görüb və kitablarının ümumi tirajı 5 milyondan çoxdur.

 

Yazıçının teatr sahəsindəki fəaliyyətindən danışan Ə.Qarayev  müasir dramaturgiyada olan boşluğu Elçinin doldurduğunu qeyd edib: ““Arılar arasında” traqikomedisı , “1937-ci il” adlı tragediyası , “Sənətkarın taleyi”, “Qatil”, “Şekspir”, “Mənim sevimli dəlim”  pyesləri XXI əsr dramaturgiyamızın nadir nümunələrindəndir”

 

Xalq yazıçısı Anar təxminən 50 illik  sənət dostu Elçinlə olan xatirələrini bölüşüb, ona uğurlarının daha da artmağını arzulayıb.

 

Sonra ədibin eyniadlı əsəri əsasında hazırlanmış “Sənətkarın taleyi” tamaşası nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR