Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı Türkiyədə keçiriləcək beynəlxalq festivala dəvət alıb

Gənc Tamaşaçılar Teatrı Türkiyədə keçiriləcək beynəlxalq festivala dəvət alıb
# 06 may 2013 12:46 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti Beynəlxalq Teatr Festivalına qatılacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektiv mayın 12-19-da Dənizli şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

 

Teatr festivalda tanınmış alman yazarı Patrik Züskindin psixoloji dram janrında hazırlanan “Kontrabas” adlı monotamaşa ilə çıxış edəcək. Tamaşada kontrabasçı rolunu əməkdar artist Şövqi Hüseynov ifa edir.

 

Qeyd edək ki, “Kontrabas”  bu ilin aprel ayında Kolombo II Beynəlxalq Teatr Festivalında əsas mükafata layiq görülüb.   

 

                                                          

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR